Bakı. Trend:
COP29 Azərbaycan üçün vacib tədbirdir. Azərbaycan ilk dəfə bu cür
böyük tədbirə ev sahibliyi edəcək.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Nadir
Zeynalov Bakıda hər il COP-dan öncə keçirilən “Sağlam Gələcəklərin
Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zaman deyib.
Nazir müavini bildirib ki, biz hər birimiz bu konfransı yüksək
səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik.
“Səhiyyə Nazirliyi olaraq COP29 vaxtı yüksək səviyyəli tibbi
xidmət göstərmək üçün hazırlıq görürük. Azərbaycana çoxlu sayda
insanlar gələcək və onların yarana biləcək sağlamlıq problemlərinin
aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiririk”, – deyə
o əlavə edib.
Xəbər yenilənəcək


























