Advertisement

COP29 COP28-də əldə etdiyimiz uğurlara əsaslanaraq, ölkəyə uyğunlaşdırılmış həlləri cəlb etməyə imkan verəcək – Tamer Rabie

Bakı. Trend:

Azərbaycan hökumətinə bizi qəbul etdiyinə və COP29-da sədrliyi
öz üzərinə götürdüyünə görə təşəkkür etmək istərdim. Hesab edirəm
ki, bu, bizim hamımız üçün əlamətdar tədbir olacaq və Azərbaycanın
sədrliyinin iqlim və sağlamlıq böhranının həllinə təkan verəcəyinə
inanıram.

Bunu Trend-ə Dünya Bankının İqlim və səhiyyə üzrə qlobal proqram
rəhbəri Tamer Rabie deyib.

O qeyd edib ki, insan kapitalının inkişafını diqqət mərkəzində
saxlamaq saxlamaq vacibdir.

“İnsanların iqlimlə bağlı müzakirələrinin, danışıqlarının və
təbii ki, iqlim siyasətinin və maliyyələşməsinin mərkəzində
olmasını təmin etmək niyyəti güdürük. Beləliklə, bu cəhtlərinə görə
Azərbaycan hökumətinə böyük təşəkkürümüzü bildiririk və biz
COP29-un hazırlanması və digər məsələlər üzərində işləməyi
səbirsizliklə gözləyirik.

Düşünürəm ki, COP29 həqiqətən də COP28-də əldə edə bildiyimiz
uğurlara əsaslanaraq, diqqəti maliyyələşdirməyə, investisiyalara
diqqəti cəlb etməyə, ölkəyə uyğunlaşdırılmış həlləri cəlb etməyə
imkan verəcək. Əminəm ki, noyabrda Bakıda diqqətimizi məhz buna
yönəldəcəyik”, – deyə o əlavə edib.