Advertisement

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycana
ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları
Şövkətbəy Mustafayev, İlkin Rüstəmov, Rövşən Əmirxanlı və Nihad
Səlimlinin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri
Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin
edilib.

Belə ki, Nihad Səlimli sağlamlıq əleyhinə, Şövkətbəy Mustafayev,
İlkin Rüstəmov və Rövşən Əmirxanlının isə mülkiyyət əleyhinə olan
cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən,
barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə
görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində
saxlanılaraq bugün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi
konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.