Advertisement

Reklam Agentliyinin yeni sədri kimdir? – DOSYE

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Fərhad Əsgər oğlu
Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə
Heyətinin sədri təyin edilib.

Trend xəbər verir ki, Fərhad Əsgər oğlu Adıgözəlov 1977-ci ildə
Bakı şəhərində anadan olub.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və
kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət
İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası
üzrə ikinci ali təhsil alıb.

2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad
Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və
idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə
bitirib.

F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət
Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan
Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan
Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis
köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament
direktoru vəzifəsində çalışıb.

Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə Azərbaycan
Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə
“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin
sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr
müavini olub.

F.Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta
Kommersiya Şirkətinə Sədr təyin edilib.