Advertisement

Avropa İttifaqı rəhbərliyi dəyişməlidir – Macarıstan Baş naziri

Bakı. Trend:

Avropa İttifaqının hazırkı rəhbərliyi istefa verməlidir.

Trend-in
məlumatına görə, bu barədə Macarıstan Baş naziri Viktor Orban
mətbuat konfransı zamanı deyib.

“”Yaşıl keçid”, davamlı inkişaf siyasətləri, miqrasiya, hərbi və
sanksiya siyasətləri kimi bir neçə böyük layihə ilə Avropa
İttifaqının rəhbərliyinə sahibik və bu layihələrin hamısı uğursuz
oldu. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, amma bizə
yeni liderlər lazımdır”, – deyə o bildirib.

Siyasətçi Macarıstanın miqrasiya və gender siyasətinə görə
Aİ-dən pul almayacağını deyən Avropa Komissiyasının rəhbəri Ursula
fon der Leyenin sözlərini xatırladıb. Onun sözlərinə görə, Avropa
İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi
siyasi şantaj alətinə çevrilib.