Advertisement

Süd Yolunda ikinci ən böyük qara dəlik kəşf edilib

Bakı. Trend:

Astronomlar Süd Yolu qalaktikasında Günəşdən 33 dəfə böyük olan
ikinci ən geniş qara dəlik kəşf ediblər.


Trend
“The Guardian” nəşrinə istinadən xəbər verir ki,
Astronomlar Süd Yolunun ən böyük ulduz qara dəliyini kəşf
ediblər.

O, Günəşin kütləsindən 33 dəfə böyükdür.

Alimlər Aquila bürcündə cazibə qüvvəsi altında yırğalanan ulduzu
təsadüfən görəndən sonra BH3 aşkar edilib. Onlar Yerdən cəmi 2000
işıq ili aralıda partlayan ulduzun ardınca əmələ gələn nəhəng qara
dəlik aşkar ediblər.

BH3 Süd Yolunda indiyədək tapılan ən böyük ulduz qara dəliyidir
və Aquila, Qartal bürcündə göy cisminin orbitində fırlanan yanaşı
ulduza etdiyi güclü yedəkləmə vasitəsi ilə özünü tədqiqatçılara
göstərib. Bu təsadüfi kəşf o qədər vacibdir ki, alimlər digər
astronomlara mümkün qədər tez əlavə müşahidələr apara bilmək üçün
obyektin təfərrüatını planlaşdırdığından daha tez
yayımlayıblar.

Paris “Observatoire de Gaia” əməkdaşlığının üzvü və astronom
Paskal Panuzzo bildirib ki, yeni kəşf tam sürprizdir. Onun
sözlərinə görə, bu, qalaktikamızda ən böyük və indiyədək kəşf
edilən ikinci ən yaxın qara dəlikdir.

BH3-ün yoldaş ulduzunun ölçülməsi zamanı onun qara dəliyi
meydana gətirən ulduz partlayışından çıxan materialla çirklənməsinə
dair heç bir əlamət tapılmayıb. Tapıntı qara dəliyin yoldaş
ulduzunu özünün güclü cazibə sahəsində tələyə salmasından çox əvvəl
yarandığını göstərir.

“Observatoire de Gaia”nın məlumatlarının növbəti tranşı ən tez
2025-ci ilin sonunda yayımlanmalıdır, lakin kəşfin əhəmiyyəti
beynəlxalq komandanı astronomların dərhal öyrənə bilməsi üçün
BH3-ün təfərrüatlarını erkən açıqlamasına səbəb olub. Paskal
Panuzzo deyib: “Bu göy cismi ortaya çıxanda insanlar qara dəlikdən
hər hansı emissiya olub-olmadığını görmək üçün onu müşahidə etməyə
tələsəcəklər. Bu, bizə qara dəliyin orbitində fırlanan ulduzlardan
gələn külək haqqında, həmçinin onun fizikası və maddənin ona necə
düşməsi haqqında məlumat verəcək”.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun