Advertisement

Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub

Bakı. Trend:

Aprelin 27-dən mayın 3-dək Azərbaycan Mədəniyyət Nazirliyi və
Dövlət Opera və Balet Teatrının dəstəyi ilə Xalq artisti Fidan
Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə ilk
Beynəlxalq Opera Festivalı keçiriləcək. Yeddi gün ərzində Bakı və
Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və
dünya müəlliflərinin əsərləri təqdim olunacaq.

Layihənin əsas məqsədi Azərbaycanda klassik musiqinin təbliği və
inkişafı, opera sənəti sahəsində yeni istedadların üzə çıxarılması
və dəstəklənməsidir. Festivalın görkəmli qonaqları arasında
xaricdən dünyaca məşhur dirijor və bəstəkarlar, Azərbaycanın
tanınmış vokalçıları və musiqiçiləri, istedadlı gənclər var.

Festivalın proqramı

27.04.2024 / 19:00

Bakı Musiqi Akademiyası nezdinde Opera Studiyası

Jorj Bize “KARMEN”

4 pərdəlì opera yeni quruluşda

https://iticket.az/events/concerts/karmen/113891

28.04.2024 / 19:00

Müslüm Maqomayev adina

Azərbaycan Dövlət Akademik Filarmoniyası

“Gənc opera ulduzları” konsert


https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/young-opera-stars/110788

29.04.2024 / 19:00

Reșid Behbudov adina Dövlet Mahni Teatri

“Gələcəyin ulduzları konsert


https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/young-talents/11079

30.04.2024 / 19:00

Beynəlxalq Muğam Mərkezi

“SƏNƏT VARİSLƏRi” konsert


https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/heirs-of-art/110790

01.05.2024 / 18:00

Fikret Əmirov adina Gence Dövlet Filarmoniyası

Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət
konsert

02.05.2024 / 19:00

Landmark Rotunda Zals

Klassik musiqi axşamı

03.05.2024 / 19:00

Mūslūm Maqomayev adina Azərbaycan Dövlet Akademik
Filarmoniyası

“VİVA-OPERA” Festivalın bəğlanış konserti


https://iticket.az/events/i-international-opera-festival-of-fidan-hajiyeva/closing-concert-of-the-festival/110789

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az,
Turkic.world