Advertisement

Əfsanəvi “Beatles” qurupunun gitarası hərracda rekord qiymətə satıldı (FOTO)

Bakı. Trend:

Britaniyanın məşhur rok qurupu “The Beatles”ın (“Bitlz”) üzvü
Con Lennonun istifadə etdiyi gitara hərracda 1.5 milyon funt
sterlinqə (təxminən 3,2 milyon manatdan çox) satılıb.

Trend xəbər verir ki, bu gitaranın “Beatles” tarixində hərracda
ən baha qiymətə satılan musiqi aləti olduğu güman edilir.

50 ildən çoxdur ki, işlədilməyən gitara Britaniyanın
kəndlərindən birində yaşayan cütlük tərəfindən evin çardağında
tapılıb.

Gitara məşhur qurupun 1965-ci il albomu və “Help!”adlı filminin
çəkilişində istifadə olunub.

Hərracdan əvvəl gitaranın 485 – 647 min funt sterlinq arasında
alıcı tapacağı ehtimal edilirdi.