Bakı. Trend:
Sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan
Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət
nazir Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası
üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə
magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə
fəlsəfə doktorudur.
1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və
mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan
Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri,
direktor müavini vəzifələrində işləyib.
2018-ci ildə “İçərişəhər” Muzey Mərkəzinin direktoru təyin
edilib.
Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi
Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru
vəzifəsində çalışıb.





























