Advertisement

4-cü siniflərin son zəng keçirməsi valideynlərin təşəbbüsü ola bilər – Agentlik direktoru

Bakı. Trend:

4-cü siniflərin son zəng keçirməsi valideynlərin təşəbbüsü ola
bilər.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində
deyib.

“Agentlik olaraq bizdən məktəblərə belə bir tapşırıq verilməyib.
4-cü siniflərin son zəng keçirməsi valideynlərin təşəbbüsü ola
bilər. Məktəbdənkənar keçirilən tədbirlərə müdaxilə edə bilmərik”,-
deyə o bildirib.

Xəbər yenilənəcək