
Bakı. Trend:
Mayın 3-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq
artisti, Rusiyanın Böyük Teatrının solisti, “Bakılı oğlanlar”
komandasının qızıl səsi Elçin Əzizovun çoxdan gözlənilən “Mənim
mahnıma İnan” adlı estrada solo konserti
keçiriləcəkdir.
– Mayın 3-də Bakıda Heydər Əliyev Sarayında “Mənim
mahnıma İnan” estrada proqramı ilə ilk solo konsertiniz baş
tutacaqdlr! Zəhmət olmasa konsert haqqında məlumat
verərdiniz.
– Etiraf edirəm ki, bu mənim üçün çoxdan gözlənilən konsertdir.
Heydər Əliyev Sarayı həyatımın inanılmaz mühüm mərhələsi ilə,
sevimli KVN komandası olan “Bakılı oğlanlar” ilə bağlıdır və mən
tezliklə yenidən doğma səhnədə olacağıma düşünəndə təşviş hissi
keçirirəm. Görünür, indi mənim solo musiqi konsertimin vaxtı çatıb,
təbii ki, konsertdə zarafatlar da olacaqdır. Heç onlarsız olarmı?!
Doğma tamaşaçılarla, hətta deyərdim ki, ev tamaşaçılarımızla ilə
görüşməyi səbirsizliklə gözləyirəm.
– Niyə klassik deyil, məhz estrada proqramını
seçdiniz?
– Ötən illər ərzində dəfələrlə Bakıya gələrək opera
repertuarımdan klassik əsərlər ifa etmişəm. Bəlkə də buna görə ilk
solo konsertimi tamamilə yeni, deyək ki, daha populyar proqramla
keçirmək istədim. Proqramda Müslüm Maqomayevin repertuarından hər
kəs tərəfindən sevilən mahnılar, həmçinin NTV-nin “Maska” şousunda
Möhtəşəm Mandril rolunda ifa etdiyim mahnılar səslənəcəkdir.
Həmçinin Tofiq Quliyevin, Polad Bülbüloğlunun, Lev Leşşenkonun,
Rinat İbrahimovun və Yaak Yolanın mahnılarını da proqrama daxil
etmişəm. Tamaşaçıları Rusiyanın ən yaxşı estrada və caz
musiqiçiləri ilə birlikdə aktiv şəkildə hazırlaşdığımız böyük
konsert gözləyir.
– Müslüm Maqomayevin repertuarından ən çox sevdiyiniz
mahnı hansıdır?
– Mənim üçün bütün mahnılar gözəldir. Əlbəttə ki, aralarında ən
çox sevilənlər var və yəqin ki, konsertin adının da verildiyi
Mixail Şerbaçenkonun heyrətamiz şeiri və Polad Bülbüloğlunun
musiqisi ilə yaradılan “Mənim mahnıma İnan” ı qeyd edə
bilərəm. Bilmirəm niyə, amma mən bu mahnıya vurulmuşam. Bu mahnı
enerjisi, musiqisi və vəziyyəti ilə mənə yaxındır.
– Öz vətəninizdə, sevimli Bakıda çıxış etmək Sizi
həyəcanlandırırmı?
– Mənim üçün, xüsusən də vətəndə çıxış etmək həmişə
həyəcanlıdır. Bu həyəcan, təşviş və bütöv bir emosiyalar
palitrasıdır. Mən evdə oxuyacağam və bu həmişə çox məsuliyyətlidir!
Dostlarımı, qonaqları, şəhərimizin qonaqlarını gözləyirəm, hamınızı
mayın 3-də Bakıda, Heydər Əliyev Sarayında gözləyirəm. Saat
20:00-da başlayır. Gəlin, birlikdə vaxt keçirək!
Biletləri aşağıdakı link vasitəsilə əldə edin
https://iticket.az/events/concerts/elchin-azizov-believe-my-song/113073
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az





























