
Bakı. Trend:
COP29-un Rəyasət Heyətinin nümayəndələri Finlandiyanın ATƏT-in
yanındakı daimi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə COP29-a hazırlıq prosesini müzakirə ediblər.
Trend bu
barədə COP29-un Rəyasət Heyətinin üzvü, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin
Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri
Fuad Hümbətova istinadən xəbər verir.
“Finlandiyanın ATƏT-in yanındakı daimi nümayəndəsi Vesa
Hakkinnenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıq
prosesi üzrə çox məzmunlu müzakirə apardıq”, – o deyib.
Görüşün əhəmiyyətini izah edən F.Hümbətov Finlandiyanın 2025-ci
ildə ATƏT-ə sədrlik edəcəyini, Azərbaycanın isə bu beynəlxalq
təşkilatlarla müxtəlif proqramlar üzrə əməkdaşlıq etdiyini qeyd
edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























