
Bakı. Trend:
İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri
2050-ci ilədək 19 faiz azala bilər.
Trend bu
barədə Potsdam İqlim Təsirlərini Araşdırma İnstitutuna istinadən
xəbər verir.
“Dünyada mövcud olan iqlim dəyişiklikləri səbəbindən artıq
2050-cı ilədək dünya iqtisadiyyatında gəlirlər 19 faiz azalacaq.
Hər il gəlirlər 20-30 trilyon ABŞ dollarından çox azala bilər”, –
deyə institutun beynəlxalq nüfuzlu “Nature” jurnalında dərc olunan
yeni tədqiqatında deyilir.
Tədqiqat müəlliflərinin fikrincə, dünyanın 1600-dən çox
regionundan əldə edilən empirik məlumatlara əsasən, bu cür
proqnozlaşdırılan iqtisadi zərər qlobal istiləşməni 2 dərəcə
azaltmaq məqsədilə lazım olan iqlim dəyişikliklərinin nəticələrinin
azaldılması üçün xərclərdən 6 dəfə çoxdur.
“Dünyanın əksər regionlarında, o cümlədən, Şimali Amerika və
Avropada gəlirlərin kəskin azalacağı proqnozlaşdırılır. Dünya
iqtisadiyyatının gəlirlərinin azalması iqlim dəyişikliklərinin
iqtisadi artımla əlaqəli müxtəlif aspektlərə, o cümlədən, kənd
təsərrüfatında məhsuldarlıq, əmək məhsuldarlığı və ya
infrastrukturun fəaliyyətinə təsiri ilə əlaqədardır”, – tədqiqatın
müəlliflərindən biri olan Maksimilian Kots belə hesab edir.
O, qlobal iqtisadiyyatın inkişafı üçün iqtisadi zərərləri
minimallaşdırmaq məqsədilə dünya ölkələrini atmosferə istixana
qazları tullantılarının azaldılması üzrə təcili tədbirlər görməyə
çağırıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























