Advertisement

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

Bakı. Trend:

“Netflix” kompaniyasının gəlirləri bu ilin ilk üç ayında şifrə
mübadiləsinə qarşı mübarizə sayəsində artıb. Axın nəhəngi birinci
rübdə 9,3 milyon müştəri əlavə etdiyini və ümumi abunəçi sayını 270
milyona çatdırdığını bildirib.


Trend
xarici KİV-ə istinadən xəbər verir ki, şirkət birinci
rübdə gəlirinin 2,3 milyard dollardan çox artdığını qeyd edib.

Belə ki, gəlirlər illik ifadədə təxminən 15 faiz artaraq 9,37
milyard dollara çatıb.

“Netflix” sonuncu dəfə 2022-ci ildə məşhur “standart” planının
qiymətini qaldırıb. Bundan sonra abunəçilərin sayında azalma baş
verib. Çox keçmədən şirkət şifrə mübadiləsini dayandıraraq daha
ucuz, lakin reklam xidməti göstərən yeni planı işə salıb.

O, həmçinin, idman və video oyunları kimi sahələrə də təkan
verərək, rəqib media qurumlarının materiallarını
lisenziyalaşdırmağa davam edib.

“Netflix” səhmləri ilin əvvəlindən bəri 30 faizdən çox
bahalaşaraq 2021-ci ildəki zirvəsinə yaxınlaşıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun