
Bakı. Trend:
Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə
çıxarılıb.
Trend xəbər verir ki, Daxili İşlər Nazirliyində Kollegiya
iclasında nazir Vilayət Eyvazov deyib.
“Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə
olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin,
onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların,
hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal
dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu
cinayətlərə görə 1.572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat
hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında
14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.
“, – deyə nazir qeyd edib.
Nazir onu da əlavə edib ki, 2024-cü ilin birinci rübündə Daxili
İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 8.930 cinayətin
85 faizi açılıb.





























