
Bakı. Trend:
Aprelin 20-də saat 8 radələrində paytaxtın Sabunçu rayonu
ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin almış olduğu
kəsilmiş-deşilmiş xəsarətdən xəstəxanada ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırmalarla 1985-ci il təvəllüdlü Elşən Məmmədovun rayonun
Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı
tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirməsi və sonuncunun
həmin xəsarət nəticəsində müalicə aldığı xəstəxanada ölməsinə
əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elşən
Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində
tutulub.
İbtidai istintaq davam etdirilir.





























