Advertisement

Energetika Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Qaradağ GES-in işi ilə tanış olub

Bakı. Trend:

Bu gün Energetika Nazirliyinin təşəbbüsü və BƏƏ-nin “Masdar”
şirkətinin dəstəyi ilə Energetika Nazirliyi yanında İctimai Şuranın
nümayəndələri Qaradağ günəş elektrik stansiyasının (GES) işi ilə
tanış olub.

Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

“Şuranın üzvləri 2023-cü ildə istismara verilən və elektrik
enerjisi istehsal edən bu müasir müəssisənin fəaliyyəti ilə tanış
olubş Tikinti, istismar və şəbəkəyə inteqrasiya prosesi, “yaşıl”
enerji istehsalının göstəricilərinə dair məlumat, eləcə də,
texniki, iqtisadi, ekoloji və sosial aspektlər təqdim olunub”, –
deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Masdar” Azərbaycanda ilk ən böyük bərpa olunan
enerji mənbəyi (BEM) olan bu obyektin baş podratçısı olmaqla onu
idarə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun