
Bakı. Trend:
Aprelin 22-də COP28 prezidenti Sultan Əhməd Əl-Cabir Rotterdamda
26-cı Qlobal Enerji Konqresi çərçivəsində Niderlandın baş nazirinin
müavini Rob Yettenlə COP prezidentləri üçlüyünün (CO28, COP29 və
COP30) əməkdaşlığının əhəmiyyətini müzakirə edib.
Trend xəbər
verir ki, bu barədə COP28 sosial şəbəkədə məlumat paylaşıb.
“Enerji keçidinin sürətlənməsində özəl sektorun rolu, eləcə də,
2023-cü ilin dekabr ayında Dubayda keçirilən COP28 konfransında
razılaşdırılmış dünyanın iqlim gündəliyinə dair məsələlərin
reallaşdırılması üzrə ambisiyaları yüksəltmək üçün BƏƏ, Azərbaycan
və Braziliyadan olan COP prezidentləri üçlüyü çərçivəsində
əməkdaşlığın əhəmiyyəti müzakirə olundu”, – məlumatda deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu il
11-24 noyabr tarixlərində Azərbaycanda keçiriləcək.
COP30 isə 2025-ci ildə Braziliyada keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























