Advertisement

Ermənistan DİN minatəmizləmə işləri üçün Bağanis-Voskepar yolunu bağlayıb

Bakı. Trend:

Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi
çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün
Bağanis-Voskepar yolunu bağlayıb.

Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Ermənistan DİN vətəndaşları bu ərazidən uzaq durmağa
çağırıb.

Qeyd olunub ki, sərhədlərin delimitasiyasından sonra sərhəd
xəttinin mühafizəsi sərhəd qoşunlarına ötürüləcək.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun