
Bakı. Trend:
Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri
Zaur Əhmədov Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
(COP29) ilə əlaqədar Norveç Krallığının Baş naziri Jonas Gahr
Storeyə ünvanladığı dəvət məktubunu Norveç Krallığının İsveçdəki
səfiri Aud Kolberqə təqdim edib.
Trend xəbər verir ki, görüş zamanı Azərbaycanın mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində uğurlu təcrübəsi
qeyd olunub. COP29-a hazırlıq işləri barədə qarşı tərəfə məlumat
verilib, habelə Azərbaycan və Norveç arasında əməkdaşlıq
məsələlərinə toxunulub.
Norveç səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və
onun ən qısa zamanda yüksək ünvanına çatdırılacağını bildirib.



























