
Bakı. Trend:
COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün yeni imkanlar
açacaq.
Bu barədə Trend-ə Böyük Britaniyanın Azərbaycandakı keçmiş
səfiri Ceyms Şarp bildirib.
“Böyük Britaniya iqlim dəyişikliyi məsələlərində Azərbaycanla
işləyir və ölkənizin COP29-a ev sahibliyi etmək təşəbbüsü ilə çıxış
etməsindən məmnunam. Sədrlik məsuliyyət daşıyır. Tədbirdə iqlim
dəyişikliyi və tullantıların azaldılması ilə bağlı qlobal
problemlər müzakirə olunacaq.
COP29, həmçinin, bir fürsət təmin edir. Xəzər dənizi regionunda
və Mərkəzi Asiyada səhralaşma və su problemləri kimi ekoloji
problemlər barədə məlumatlılığı artırmaq üçün Azərbaycanın bu
problemlərin necə həll olunacağını göstərmək şansı var”.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə
qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.
Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.



























