
Bakı. Trend:
COP29-un Azərbaycanda keçirilməsi ölkənin dünya miqyasında
əhəmiyyətindən xəbər verir.
Bunu Trend-ə polşalı politoloq, siyasi elmlər namizədi Yakub
Koreyba deyib.
“Azərbaycan qlobal miqyasda tədbirlərə ev sahibliyi edir,
Azərbaycanın əhəmiyyəti və nüfuzu regiondan çox-çox kənara çıxır,
Azərbaycan təkcə Cənubi Qafqazın lideri deyil, həm də regiondan
kənarda mühüm nüfuza malikdir”, – o qeyd edib.
Koreybanın fikrincə, COP29-un keçirilməsi Azərbaycanın
mövqeyinin artmasından xəbər verir və bu, ölkənin özünü regional
lider kimi təsdiqlədiyinin faktıdır.
“Azərbaycanda texnologiyaların inkişafı, yeni ideyaların tətbiqi
və gələcəyə baxışı var. Bu təcrübə digər ölkələr və regionlar üçün
də aktualdır”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin bu gün “COP29
və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq
forumda çıxışı onda böyük təəssürat yaratdı.
“O, təkcə siyasət nöqteyi-nəzərindən deyil, həm də strateji
kommunikasiya nöqteyi-nəzərindən tamamilə unikal bir liderdir.
Prezident mövzunu mükəmməl mənimsəyir və aydındır ki, o,
məsələlərin mahiyyətini çox dərindən araşdırır. Prezident bir neçə
xarici dildə çox yaxşı danışır”, – deyə Koreyba bildirib.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə
qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.
Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.



























