
Bakı. Trend:
Keçmiş NASA alimi xəbərdarlıq edib ki, İlon Maskın “Starlink”
peykləri Yerin maqnit sahəsini aşındıra və yavaş-yavaş hamımızı
zəhərləyə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş NASA fiziki
xəbərdarlıq edib ki, İ.Maskın “Starlink”i kimi meqapeyk şəbəkələri
Yerin maqnitosferini poza və bütün bəşəriyyəti ölümcül kosmik
şüalara məruz qoya bilər.
Doktor Sierra Solter-Hunt iddia edir ki, peyklər hər saatda 1,3
tondan çox peyk tullantıları ilə Yer atmosferini aşır və orbitdə
“keçirici hissəciklərdən” ibarət metal təbəqə yaradır.
Astronomların bu ilin mart ayında etdiyi son hesablamaya görə,
hazırda orbitdə 5504 “Starlink” peyki var və onlardan 5442-si
işləyir. Bununla belə, daha on minlərlə işə salınması
planlaşdırılır.
Keçmiş NASA fiziki, həyat dövrlərinin sonunda bu peyklərdən
gələn hissəciklərin Yer atmosferinin “maqnit sahəsini poza və ya
tuta biləcəyini” söyləyib.





























