
Bakı. Trend:
COP29-un Azərbaycanda keçirilməsi qlobal problemlərin həllinə
ciddi töhfə verə bilər.
Bu barədə Trend-ə Printon universitetinin professoru Maykl
Reynolds deyib.
“Azərbaycanda dəfələrlə olmuş və bu ölkə, onun zəngin tarixi və
mədəniyyəti haqqında məlumatı olan şəxs kimi hesab edirəm ki, COP29
Azərbaycanın özünü hamımıza aid olan ətraf mühit məsələləri kimi
ciddi problemlərin həllinə öz töhfəsini verə bilən ölkə kimi
dünyaya göstərməsi üçün yaxşı imkandır”,- o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























