
Bakı. Trend:
Mən qürurla qeyd edə bilərəm ki, Azərbaycanla uğurlu stratejik
əlaqələrimiz mövcuddur.
Trend xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və
ticarət naziri Peter Siyarto Azərbaycan-Macarıstan biznes forumunda
çıxışı zamanı deyib.
“Azərbaycanla olan tərəfdaşlığımız bizə enerji təhlükəsizliyini
gələcəkdə də təmin edəcək. Gələcəkdə yaşıl enerji Avropaya nəql
ediləcək. Bu dənizaltı layihə kifayət qədər ümidvericidir. İki ölkə
arasında dostluq onu göstərir ki, artıq qaranlıq qalan məqamlar
yoxdur. Bir-birimizdən qarşlıqlı olaraq faydalanırıq”,- deyə P.
Siyarto bildirib.
Xəbər yenilənəcək



























