
Bakı. Trend:
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü
saxlanılıb.
Trend xəbər verir ki, Paytaxtın Sabunçu rayonu ərazisində “Ford
Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin
sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti
qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi
üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları
tərəfindən saxlanılıb.
Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük
vəsiqəsinin olmadığı da müəyyən edilib. Sürücü barəsində toplanmış
materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati
qaydada həbs olunub.





























