Advertisement

Ümid edirəm ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək – Annalena Berbok

Bakı. Trend:

Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir.

Trend xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri
Annalena Berbok Azərbaycanın energetika naziri, COP29-un prezidenti
Muxtar Babayevlə bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim
Dialoqunun nəticələrinə dair brifinqdə deyib.

“Azərbaycan bununla iqlimin mühahizəsi ilə bağlı üzərinə vacib
öhdəlik götürüb. Siz bizim dəstəyimizə arxayın ola bilərsiniz.
Üçlüklə, yəni BƏƏ, Braziliya və Azərbaycandan olan COP sədrləri ilə
iqlim naminə Dubaydan, Berlindən Bakıya aparan körpünün üzərində
birgə işləyək. Ümid edirəm ki, bu körpü Azərbaycan və Ermənistan
arasında sülhə xidmət edəcək. Əməkdaşlığımıza şadam”.

Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə
qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib.
Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.