Advertisement

Körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı prokurorluqda araşdırma aparılır

Bakı. Trend:

Sabunçu rayonu, Ramana qəsəbəsində 4 aylıq körpə anasının
qucağında olarkən mənzilin eyvanından yerə düşərək ölüb.

Trend xəbər verir ki, aprelin 26-da saat 8 radələrində paytaxtın
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4
aylıq körpə qız uşağınanasının qucağından yıxılıb yerə düşərək
ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma
aparılır.