Advertisement

COP29-un təşkilat komitəsinin üzvləri Çilinin ətraf mühit naziri ilə görüşüblər (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin
üzvləri Çilinin ətraf mühit naziri Maisa Roxas ilə görüş
keçirib.

Trend xəbər verir ki, bu barədə COP29-un “X” sosial
şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

“COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş
prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, – paylaşımda qeyd
olunub.