Advertisement

Qətldə şübhəli bilinən şəxs ürəktutmadan öldü

Bakı. Trend:

Xəzər rayon prokurorluğundan Trend-ə məlumata görə, aprelin
28-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1979-cu il
təvəllüdlü Sadiq Əhmədovun üzərində kəsilmiş-deşilmiş xəsarət
izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Araşdırmalarla 1954-cü il təvəllüdlü, əvvəllər məhkum edilmiş
Vaqif Dadaşovun aralarında yaranmış mübahisə zamanı bıçaqla
xəsarətlər yetirərək Sadiq Əhmədovu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Vaqif Dadaşov
hadisədən bir qədər sonra ürəktutmadan vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.