
Bakı. Trend:
Ermənistanın Armavir vilayətinin sakinləri Azərbaycanla
sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan razılaşmaya
etiraz olaraq İrəvan – Armavir yolunu bağlayıb.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyasına ölkə
parlamentinin “Ermənistan” blokundan olan deputatlar Qeqam Manukyan
və Mqer Saakyan da qoşulub.
Polis nümayəndəsi sakinlərdən 2 dəqiqə ərzində yolun hərəkətini
açmağı tələb edib və bildirib ki, əks halda onların hərəkəti
hökumət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik kimi
qiymətləndiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə
Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan
Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə
edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları
ərazidə geodeziya ölçmələri əsasında koordinatların
dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı
sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində
aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28
sərhəd dirəyi quraşdırılıb.





























