Advertisement

Aida Mahmudovanın “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds) adlı fərdi sərgisi VISION ART PLATFORMDA! (FOTO)

Vision Art Platform“ Aida Mahmudovanın
“Bir arzu gerçəkləşir“ (A Dream Unfolds)
adlı yeni fərdi
sərgisinə ev sahibliyi edəcək. 23 aprel 2024-cü il tarixində,
çərşənbə axşamı saat 17.00-da açılışı həyata keçiriləcək olan sərgi
Akaretler 35 ünvanında yerləşən Vision Art
Platform“da 22 iyun 2024-cü ilə kimi davam edəcək.

“Dünyanı görmənin fərqli bir yolu”

İncəsənət bəşəriyyətin yaranmasından etibarən həyatın hər
sahəsində əhəmiyyətli rol oynayır və sənətkarlar tarix boyu
duyğularını, düşüncələrini və təcrübələrini ifadə etmək üçün fərqli
yollardan istifadə ediblər. İncəsənətin bu ifadə gücü tarix,
cəmiyyət və mədəniyyət kontekstlərində insanlar üzərində dərin
təsirlər yaradıb. İncəsənət hər hansı bir dövrün yaşayış tərzini,
inanclarını və mədəni dəyərlərini əks etdirməklə yanaşı müvafiq
dövrün fəlsəfi və estetik anlayışlarını da göstərir. Bu, cəmiyyət
dəyərləri aspektindən incəsənət, insanları bir araya gətirən,
duyğularımızı ifadə etməyi təmin edən və ortaq bir dil
formalaşdıran bir təcrübədir. Bununla yanaşı, incəsənət bəzi
hallarda mövcud estetik ahəngə qarşı çıxaraq müstəqil bir ifadə
tərzi də nümayiş etdirir. Hər bir sənətkar dünyanı fərqli baxış
bucaqlarından bizə izah edir. Sözü Aida Mahmudovaya gətirmək
istəyirəm. Sent-Martin İncəsənət və Dizayn Kollecində təhsil almış
rəssam bu günə kimi Belçika, London, Roma, Nyu York, Moskva, Tbilis
vı Bakı kimi şəhərlərdə beynəlxalq fərdi sərgilər təşkil etmiş,
eləcə də qrup sərgilərində də iştirak edib. Aida xanım həm də 55 və
56-cı Venesiya Bienalında iştirak edib.

Aida Mahmudova incəsənəti ifadə etmək axtarışındadır və
materialların mahiyyətinə dalaraq konkret obrazlar və abstrakt və
yarı abstrakt formalar vasitəsi ilə dünyanın sirrini açmağa
çalışır. Yaradılışın mahiyyəti ilə bağlı araşdırmalarını bir
filosof kimi davam edir və bütün qaranlıq məqamları aşkara çıxarmaq
üçün ciddi cəhdlər göstərir.

Maddi dünyanı məlumat əldə etmək üçün oxuduğumuz və istinad
etdiyimiz kitab kimi nəzərə alsaq, Aida Mahmudova bu anlayışı sözün
əsl mənasında mənimsəyib və bunu tətbiq edir. Onun fəaliyətləri bu
qeyri-adi kitabdaki fəsillər kimidir – hər bir əsər və yeni mərhələ
onun yaradıcılığının başqa məziyyətlərini ortaya çıxarır.

Aida Mahmudovanın fəaliyyəti təbiətin möhtəşəm gözəlliyini ifadə
etmək üçün yazılan şeiri xatırladır. Uilyam Vordsvortun həzin duyğu
xatirələri kimi Aida xanımın da əsərləri dərin təfəkkürə sövq edir
və insanlar onun kompozisiyalarının dərinliklərində özlərini
unduraq sənətin sehrinə qapılırlar.

Sənətkar əsla səthi ifadə tərzi ilə kifayətlənmir və görünməyən
reallıqları ifadə etməyə çalışır. Aida Mahmudova materialları və
avadanlıqları ifadə etmək potensialını diqqət mərkəzində saxlayır.
Onun istilik, işıq, rəng və maddə ilə həyata keçirdiyi təcrübələr
vasitəsi ilə tək bir fəaliyyətin sərhədi aşılır və çox dərin məna
çalarlarına malik əsərlər ərsəyə gətirilir və beləcə, insanlar və
əsərlər arasında instiktiv əlaqələrin yaradılmasına rəvac
verilir.

Bu nöqteyi-nəzərdən, Aida Mahmudovanın əsərləri innovativ
materialar və yanaşmalar ilə səciyyələnir və avangard düşüncə tərzi
konkretləşir. Sənətkar dərin ifadələr yaratmaq üçün innovativ
metodlardan istifadə edir. Bunların funksionallığına nail olmaq
üçün manipulyasiyalar həyata keçirir və nəticədə, incəsənət və real
dünya arasında sərhəd tam mənası ilə dərk edilmir.

Mütəmadi olaraq fərqli materiallar axtarışında olan və
potensialını daim inkişaf etdirən sənətkar vizual olaraq diqqəti
cəlb edən, duyğu və intellekti tətikləyən əsərlər ərsəyə gətirir.
Aida Mahmudovanın əsərləri bizi incəsənətlə bağlı düşüncələrimizi
yenidən nəzərdən keçirməyə sövq edir və dünyanı fərqli bir baxış
bucağından yenidən dərk etməyə səsləyir.

*Fırat Arapoğlu, “Bir arzu
gerç
əkləşir
sərgi çıxışı

Aida Mahmudova haqqında:

Aida Mahmudova azərbaycanlı rəssam və gənc rəssamlara yerli və
beynəlxalq səviyyədə dəstək göstərən YARAT Müasir İncəsənət
Mərkəzinin təsisçisidir. 2011-ci ildə Bakıda fəaliyyətə başlayan
YARAT şəhərdə üç sərgi məkanı vasitəsi ilə gənc rəssamlar
tərəfindən həyata keçirilən tədbirlər və proqramları təşkil edir.
Aida Sent Martin adına İncəsənət və Dizayn Mərkəzi kollecini
təsviri incəsənət üzrə bakalavr dərəcəsinə malikdir. O, müxtəlif
texnika və vasitələrdən istifadə edir və onun əsərləri beynəlxalq
səviyyədə sərgilənir.

Sərgi tarixləri:

Aida Mahmudova “Bir arzu gerçəkləşir“ (A Dream Unfolds)

23.04 – 22.07.2024

Aida Mahmudova / instagram @aidasaya

Sərgiyə giriş saatları:

Çərşənbə axşamı – Cümə 11.00 – 18.00

Şənbə 12.00 – 18.00

Bazar, bazar ertəsi- Bağlı
Sərgi ödənişsizdir.

Əlavə məlumat və reportaj üçün: [email protected]

Ünvan:
Süleyman Seba küç, Akaretler No:35
Beşiktaş, İstanbul

Sosial Media:
Instagram @visionartplatform
Facebook @visionartplatform