Advertisement

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrin nümayəndələri ilə COP29 müzakirə olundu

Bakı. Trend:

Ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti
Muxtar Babayevin rəhbərlik etdiyi komanda heyəti ilə İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti arasında
görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında
paylaşım edilib.

Bildirilib ki, əksər inkişaf etmiş ölkələr kimi, İƏİT-ə üzv
dövlətlər iqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə məsələlərini
genişləndirməkdə mühüm töhfə verəcəklər.