
Bakı. Trend:
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın Respublika
Yanıq Mərkəzində vəfat edib.
Trend xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci il
təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir
rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə
benzin tökərək yandırıb.
T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq Respublika
Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət
işi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəli
şəxs qismində saxlanılıb.





























