
Bakı. Trend:
Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə
Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı
xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Tovuz rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,
araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də
aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın
üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə
və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada
ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi
başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
İbtidai istintaq davam etdirilir.





























