
Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də
mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Trend xəbər verir ki, meriya mitinqin keçirilməsini məqbul
saymayıb.
Qeyd edilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi,
3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin
stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun 28
May və Nəriman Nərimanov stansiyalarının qarşısındakı ərazilər
əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğu,
nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin
məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və
vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəbə
olacaq.
BŞİH göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı
haqqında” qanunun 7-ci maddəsini nəzərə alaraq 5 may 2024-cü il
tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab
etməyib.





























