
Bakı. Trend:
Qlobal maliyyə sistemi BMT-nin dəqiq icra planına malik iqlim
keçidi üzrə hədəflərinə uyğun olmalıdır.
Trend xəbər
verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının icraçı katibi Saymon Stil ADA universitetində
mühazirəsində deyib.
“İstər tullantıların azaldılması, istərsə iqlim dəyişmələrinə
qarşı dayanıqlılığın artması olsun, ətraf mühitin mühafizəsi
uğrunda dünyanın mübarizəsində maliyyənin həlledici amil olduğu
tamamilə aşkardır. Maliyyə vəsaitini əhəmiyyətli dərəcədə
artırmadan 2023-cü ildə COP28 tədbirində iqlim qələbələri tez bir
zamanda boş vədlərə çevriləcək heç olacaq. İqlim maliyyələşdirməsi
üçün bizə kiçik deyil, böyük axınlar lazımdır”, – deyə Stil qeyd
edib.
Onun sözlərinə görə, istixana qazlarının tullantılarının
azaldılması üçün iqlim tədbirlərinin maliyyələşdirilməsi noyabr
ayında Bakıda keçiriləcək COP29 tədbirində əsas məsələlər
olacaq.
“Bakıda keçiriləcək COP29 ümumi ambisiyalarımızın əldə edilməsi
üçün çox vacib görüş olacaq. Beynəlxalq maliyyə institutları və
inkişaf bankları ilə qarşılıqlı fəaliyyət iqlm hədəflərinin
reallaşdırılma imkanları baxımından münasibətlərdə etimad
yaradacaq”, – deyə Stil bildirib.
Onun fikrincə, bərpa olunan enerji mənbələrinin (BEM)
inkişafına, dünya iqtisadiyyatını enerji keçidinə adaptasiyasına
2,4 trilyon ABŞ dolları illik yatırım elə də kritik məbləğ deyil,
çünki söhbət innovasiya və texnoloji proqressə yatırımdan
gedir.
“Sənaye inqilabı gedir, iqtisadiyyatların rəqəmsallaşması böyük
imkanlar açır. İqtisadiyyatın hər bir sektoru iqlim dəyişikliyinin
qayğısına qalmalıdır, qarşılıqlı fəaliyyət, kollektiv iş lazımdır”,
– Stil deyib.
Stil 2024-cü ildə özəl banklar və beynəlxalq maliyyə
institutlarının iqlim tədbirlərinin dəstəklənməsi üzrə niyyətlərini
nümayiş etdirə biləcəyinə ümid etdiyini deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























