
Bakı. Trend:
COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT
ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup
yaradılıb.
Trend xəbər verir ki, bunu Prezidenti İlham Əliyevlə görüşdə BMT
Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi
müşaviri Selvin Çarlz Hart deyib.
Bu yaxınlarda BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə
heyətinin Azərbaycana səfər edəcəyini deyən Selvin Çarlz Hart
ölkəmizin təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə
idarə etməsinin və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu
nümunə olduğunu vurğulayıb.
O qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə əldə etdiyi
gəlirləri yaşıl enerji gündəliyinə də sərf edərək çox mühüm nümunə
yaradır. Qonaq bu prosesdə BMT-nin Azərbaycana dəstəyini bir daha
ifadə edib.


























