Advertisement

BMT Baş katibi COP29-da iştirak etmək niyyətindədir

Bakı. Trend:

BMT Baş katibi Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak
etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda
BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi
müşaviri Selvin Çarlz Hart deyib.

Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun
olacağını deyib.

Dövlət başçısı vurğuladı ki, COP29-a hazırlıq məqsədilə bütün
lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan
beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv
məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.