
Tbilisi. Trend:
COP29 Mərkəzi Asiya regionunu iqlim dəyişmələri ilə mübarizə
səylərində ön sıraya çıxarır.
Trend xəbər
verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi
Asiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə keçirilən “Mərkəzi
Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda
ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin
maliyyələşdirilməsi” mövzusunda panel müzakirəsində çıxışında
deyib.
“Bu mövzu aktual və vacibdir. Azərbaycan Mərkəzi Asiya regionunu
iqlim dəyişmələri ilə mübarizə səylərində ön sıraya çıxaran COP29
konfransına ev sahibliyi edəcək”, – o deyib.
Jukov CAREC ölkələrinin karbon ticarətindən çox asılı
olduqlarını qeyd edib.
“CAREC “təmiz” texnologiyalara keçidə imkan yaradılmasında mühüm
rol oynaya bilər”, – deyə o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























