Advertisement

Türkiyənin Ticarət Nazirliyi İsraillə ticarətin dayandırıldığını təsdiqləyib

Bakı. Trend:

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə
dayandırıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Ticarət Nazirliyi
bildirib.

Nazirlik bildirib ki, dövlət səviyyəsində həyata keçirilən
tədbirlərin ikinci mərhələsinin icrasına başlanılıb.

“Bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları
dayandırılıb”, – deyə qeyd olunub.