Advertisement

Bakıda opera sənətinin xarici ulduzları ilə klassik musiqi gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı
çərçivəsində Landmark Rotunda Zal səhnəsində xarici opera sənəti
ulduzlarının iştirakı ilə “Klassik musiqi gecəsi” konserti
keçirilib.

Trend xəbər verir ki, xarici qonaqlar Vyaçeslav Vasilyev
(Rusiya), Ripalta Bufo (İtaliya), Qiorgi Çelidze (Gürcüstan) və
Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist Anton
Ferştandt, solistlər Aysel Abdullayeva, Adil Həsənov, Mahir
Tağızadə, Orxan Cabbarov, Anar Həmidli, Aysu Əliyeva, Mehriban
Kazımova, Alina Litvinova, Altun Süleymanov, Fəxmin Əhmədlinin
çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin
təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera
və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı
27 aprel-3 may tarixlərində keçirilir.

Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında
Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim
olunur.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az,
Turkic.World