Advertisement

Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var – Kelli Sims Qallaher

Tbilisi. Trend:

Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var.

Trend cümə günü xəbər verir
ki, bunu Fletçer Məktəbinin (Tafts Universiteti) enerji və ətraf
mühit siyasəti üzrə müvəqqəti dekanı və professoru Kelli Sims
Qallaher Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik
toplantısı çərçivəsində jurnalistlərə bildirib.

“Azərbaycan yeni kəmiyyət iqlim maliyyəsi hədəfi ilə bağlı
müsbət qərara nail olmağımızı təmin etmək üçün COP29-a sədrliyində
çox mühüm rol oynayır”, – o deyib.

Qallagher hesab edir ki, iqlim maliyyəsi ilə bağlı yeni və
yaradıcı həllər tapmağa ehtiyac var.

“Beləliklə, söhbət təkcə mövcud fondların fəaliyyət
göstərməsindən deyil, həm də onların qlobal maliyyələşdirməyə necə
töhfə verə biləcəyindən gedir. Buna təkcə yeni kəmiyyət hədəfləri
müəyyən etməklə deyil, həm də milli səviyyədə müəyyən edilmiş
maliyyə töhfələri vasitəsilə nail olmaq olar”, – o qeyd edib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.

(Tərcümə: Gülnarə Kərimova)