Advertisement

225 milyon kilometr uzaqlıqdan Yerə lazer mesajı göndərilib (FOTO)

Bakı. Trend:

NASA-nın alimləri Yerə 225 milyon kilometr məsafədən lazer
mesajı göndərildiyini açıqlayıb.


Trend
xəbər verir ki, mesaj NASA-nın “Psyche” kosmik gəmisi ilə
Yerə ötürülüb.

NASA-nın yaydığı məlumata görə bu uğur Marsa gələcək
missiyaların başlanmasına kömək edə bilər. Bu inkişaf sayəsində
yüksək keyfiyyətli şəkillər və videolar daha yüksək məlumat sürəti
ilə ötürülə bilər.

Qeyd edək ki, lazer ilk dəfə istifadə edilmişdir. NASA əvvəllər
yerdən kənar missiyalarla əlaqə saxlamaq üçün yalnız radio
dalğalarından istifadə edirdi.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun