
Bakı. Trend:
Mayın 4-də paytaxtın Sabunçu rayonu ərazisində 1974-cü il
təvəllüdlü Roman Əsgərovun almış olduğu xəsarətdən müalicə aldığı
xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış istintaqla
1966-ci il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa
qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər
yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı
xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı
aparılır. Rəşid Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.





























