
Bakı. Trend:
2024-cü ilin birinci rübündə “Telegram” messencerində fişinq
mənbələrinin sayı 1,5 dəfə artıb.
Trend xəbər verir ki, bunu Kasperski laboratoriyasının
mütəxəssisləri bildirib.
Qeyd edilib ki, bu günlərdə “Telegram” hesablarının ələ
keçirilməsi məqsədi daşıyan çox sayda yeni sayt müəyyən edilib.
İstifadəçi bu linkə daxil olduqda onun bütün yazışmaları ələ keçir.
Bəzən də istifadəçi öz hesabına daxil ola bilmir.
Kasperski laboratoriyası belə hücumlardan qorunmaq üçün şübhəli
linklərə daxil olmamağı tövsiyə edir.





























