Advertisement

Qubadlıda sümük qalıqları aşkar edilib

Bakı. Trend:

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi
faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, mayın 5-də
işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində
mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal
edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı
rayon prokurorluğunda araşdırma aparılır.