Bakı. Trend:
Casus proqramları istifadəçinin icazəsi olmadan kompüterdən
məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş zərərli
proqramlardandır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti
məlumat yayıb.
Bu proqramlardan qorunmaq üçün isə siz mütəmadi olaraq
cihazlarınızın skanını həyata keçirməli, antivirus proqramlarından
istifadə etməli, eləcə də qeyd olunan digər məqamlara diqqət
yetirməlisiniz.
Təhlükəsizliyiniz üçün:
1) Antivirus proqramlarından istifadə edin. Antivirus
proqramları potensial təhlükələri aşkar etmək və aradan qaldırmaq
üçün yaxşı vasitədir.
2) Zərərli proqramlar, o cümlədən casus proqramlar üçün
cihazınızın müntəzəm skanını həyata keçirin.
3) Etibarsız və ya tanış olmayan mənbələrdən program təminatı
yükləməkdən çəkinin.
4) Proqramı yükləyərkən rəyləri oxuyun və proqram təminatçısının
göstəricilərinə nəzər yetirin.
5) Əməliyyat sisteminizi, brauzerinizi, antivirus və digər
proqramlarınızı ən son təhlükəsizlik yenilikləri ilə güncəl
saxladığınızdan əmin olun.
6) Şübhəli linklərə klikləməkdən və naməlum e-poçtlardan
əlavələri yükləməkdən çəkinin.





























