Bakı. Trend:
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları
Həsənov Elvin Valeh oğlu, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit
Cəfər oğlu, Məmmədov Əli Teymur oğlu və Süleymanov Mikayıl Fikrət
oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri
Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin
edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, belə ki, Süleymanov Mikayıl Fikrət oğlunun satış məqsədi
olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,
daşıma cinayətini, Cavadov Emin Seyfulla oğlu, Məsimov Zabit Cəfər
oğlu, Məmmədov Əli Teymur oğlu xeyli miqdarda, Həsənov Elvin Valeh
oğlunun isə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini
törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində
təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul
edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq
axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində
saxlanılaraq mayın 8-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.





























