Advertisement

Kibertəhlükələr gündən-günə artmaqdadır – DİN xəbərdarlıq edib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) kütləvi dələduzluqla bağlı
vətəndaşlara xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə nazirliyin məlumatında
bildirilib.

“Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi
dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir
vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər
sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara
biganə yanaşmayın”, – deyə nazirlik qeyd edib.